Qəhrəman şəhidimiz Abbasov Rəfail Sultan oğluna həsr olunan tədbir keçirilib

Qəhrəman şəhidimiz Abbasov Rəfail Sultan oğlunun anadan olmasının 55 illiyi münasibətilə məktəbdə tədbir keçirilib, şəhidin guşəsi və ona həsr olunmuş stendin açılışı olub, 6C sinfi onun şərəfinə adlandırılıb. Tədbir şəhidin qızı, məktəbin 6C sinif rəhbəri Abbasova Şəhanə müəllimənin təşkilatçılığı ilə baş tutub. Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, 6C sinfinin şagird və valideynləri ilə yanaşı, şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami Rayonu Təşkilatının, Nizami Rayon Ağsaqqalları Şurasının, Qarabağ İtkin və Şəhid Ailələri Təşkilatının, Müharibə Veteranları Cəmiyyətinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq sinif otağında şəhid guşəsinin və stendinin açılışı olub, şəhid haqqında məlumatlar təqdim edilib və sonra şagirdlər şeirlər səsləndiriblər. Daha sonra tədbir məktəbin konfrans zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid Abbasov Rəfailin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin ruhları sükutla yad edilib. Ardınca şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli yoldan söhbət açaraq bildiriblər ki, Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həmdə bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən yolunda canından keçməyin nə olduğunu öyrənirik. Bu gün hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidirlər. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq. Unutmayaq ki, şəhidlər ən ali qürur mənbəyimizdir. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi