Tarix aylığı çərçivəsində təqdimatlar nümayiş olunub

15.11.2023-cü il tarixində məktəbdə tarix fənni üzrə metodbirləşmə sədri Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə fənn aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin təqdimatları nümayiş etdirilib. Məktəbin direktoru Kamran İsalı, direktor müavinləri və müəllimlərin iştirak etdiyi təqdimat tədbirində elmi rəhbərləri tarix fənn müəllimləri olan şagirdlər tarixi-mədəni abidələr, Şuşa qalası, Azıx mağarası, milli pul nişanları, milli mətbəximiz və digər mövzular üzrə öz təqdimatlarını nümayiş etdiriblər. Yekunda fəal şagirdlərə diplomlar təqdim olunub