"Zərəli vərdişlərə qarşıyıq" adlı silsilə tədbirlər təşkil olunur
Məktəbdə "Zərəli vərdişlərə qarşıyıq" adlı silsilə tədbirlər təşkil olunur. Tədbirlər zamanı siniflər üzrə şagirdlər maarifləndirilir, onlara zərərli vərdişlərin nədən ibarət olduğu haqqında məlumatlar verilir və bu vərdişlərdən uzaq olmağın vacibliyindən bəhs olunur. Məktəblilər də bununla bağlı öz fikirlərini bildirirlər. Həmçinin, istedadlı şagirdlər tərəfindən əl işləri də təqdim olunur. Bundan başqa dəyirmi masa, maarifləndirici səhnəciklərin nümayişi də həyata keçirilir.