"Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilir. Bu səbəbdən məktəbimizdə silsilə tədbirlər təşkil olunur. “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə və təşviqat tədbirləri keçirilir. Həm şagirdlərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda müəllimlərlə uşaq hüquqlarının qorunması və təmin olunması istiqamətində müzakirələr təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi