Məktəbdə ilk zəng çalındı

Bu gün ölkənin bütün təhsil müəssisələrində olduğu kimi Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə də ilk zəng çalınıb və yeni tədris ilinə start verilib. Bu münasibətlə məktəbdə "Bilik günü" tədbiri keçirilib. Tədbirdə məktəbin rəhbər heyəti, müəllimlər, birincilər və onların valideynləri iştirak ediblər. Həmçinin fəxri qonaq qismində Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elnur Xudakərimov tədbirə təşrif buyurub. Dövlət Himnimizin səslənməsi ilə başlanan mərasimdə məktəbin ötən tədris ilində əldə etdiyi uğurlardan bəhs olunub. Daha sonra çıxış edənlər bilik günü münasibətilə öz təbriklərini çatdıraraq yeni tədris ilində hər kəsə uğurlar arzulayıblar. Birincilərin səsləndirdikləri şeirlərin ardından ilk zəng səslənib və tədbir başa çatıb.#SalamMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi