Vahid məktəbli geyimi: valideynlərin nəzərinə
Vahid məktəbli geyimi: valideynlərin nəzərinə
✔️ Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.
✔️ Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
✔️ Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.
✔️ Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə məktəbli geyimi barədə ətraflı məlumatlandırılıb.
✔️ Məktəbli formalarını əldə etmək üçün müəyyən olunmuş məntəqələr barədə ictimaiyyətə geniş informasiya verilib, satış məntəqələrinin ünvanları qeyd edilib.
✔️ Paytaxt ərazisində məktəbli formalarını əldə etmək üçün 34 məntəqə mövcuddur.
✔️ Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər.
✔️ Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.
✔️ Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı 3 tədris ili dəyişilməz qalacaq.
✔️ Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.
✔️ Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.
#Məktəb #MəktəbliGeyimi #YeniDərsİli #Şagird #Valideyn