202-2023-cü tədris ilinin yekun pedaqoji şura iclası keçirilib

22 İyun 2023-cü il tarixində məktəbin akt zalında 2022-2023-cü tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib. İclasda məktəbin direktoru Kamran İsalı, direktor müavinləri Şəfiqə Əlizadə, Natəvan Mustafayeva, Anar Miriyev, Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimova, psixoloqlar Çinarə Həsənova, Nigar Babayeva, Həmkarlar Təşkilatının sədri Yasəmən Şahverdiyeva və müəllim heyəti iştirak ediblər. Direktor müavinlərinin və psixoloqların hesabatları dinlənilib, məktəbin uğurları və tədris ili ərzində görülən işlərdən bəhs edilib. Müəllimləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda tədris ili ərzində fəaliyyəti ilə seçilən müəllimlər təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi