Məktəbdə "Son zəng" çalındı

Respublikanın bütün orta ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də 14 İyun tarixində son zəng çalınıb. Mərasimdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri, müəllimlər, məzunlar və onların valideynləri iştirak ediblər. Gözəl dekorasiyalar,şarlar və gül-çiçəklərlə bəzədilmiş məktəbin həuytyanı ərazisində təşkil olunan mərasimdə məzunların meydana gəlişinin ardınca Azərbaycan Respublikasının  Dövlət Bayrağının gətirilməsi və Dövlət Himnimizin səslənməsi ilə açıq elan edildi. Aparıcılar tərəfindən məktəblə bağlı ümumi məlumatlar və xüsusən 2022-2023-cü tədris ili ərzində məktəbin uğurları və yeniliklər barədə, eyni zamanda vacib ststistik məlumatlar təqdim edilib. Bildirilib ki, bu il məktəbi 4 onbirinci sinif üzrə 100 şagird bitirir. 16 məzunumuz buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib. Daha sonra çıxış edən məktəbin direktoru məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ardınca məktəbi yüksək nəaliyyətlərlə başa vuran məzunlara fəxri fərmanlar təqdim edilib. Bundan sonra sinif rəhbərləri çıxış edib və səhnə məzunların ixtiyarına verilib. Onlar müxtəlif mahnı və rəqslər nümayiş etdiriblər. Bilik açarının ənənəvi olaraq birincilərə təqdim edilməsi maraqla qarşılanıb. Yekunda nəhayət son zəng çalınıb, sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Məzunlar rəqs edib əyləniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi