28 May Müstəqillik Günü münasibətilə hərbi vətənpərvərlik tədbiri təşkil olunub

28 May Müstəqillik Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Günel Məmmədova, fiziki tərbiyə fənn müəllimi Tamilla Sultanova və hərbi rəhbər Bəylər Kərimovun təşkilatçılığı ilə hərbi vətənpərvərlik tədbiri təşkil olunub. Tədbirdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri, müəllimlər, şagirdlər, valideynlər ilə yanaşı qazilər və Şəhid ailələrinin üzvləri də iştirak ediblər. Günel Məmmədovanın rəhbəri olduğu 4B sinif şagirdləri və məktəbin Şahinlər komandasının üzvlərinin çıxışlarında 3 komanda şəklində sıra düzülüşü, hərbi addımlama, təxliyə, ilk tibbi yardım, silahın sökülüb yığılması nümayiş olunub. Yekunda qalib komanda, eləcə də digər iştirakçılar sertifikatla təltif olunublar. Direktor Kamran İsalı çıxış edərək vətənpərvərlik ruhunda keçirilən belə tədbirlərin önəmini vurğulayıb. 44 günlük Vətən Müharibəsi iştirakçısı olmuş qazilərə də söz verilib, onlara xatirə hədiyyəsi təqdim edilib. Qazilər və Şəhid ailələri dəvətə və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi