Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib
Məktəbin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru İsalı Kamran, direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Həmçinin fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov da tədbirə dəvət olunub.
Tədbir məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Şövqiyyə Əliyeva tərəfindən hazırlanıb. Tədbir Dövlət Himnimizin səslənməsi və Şəhidlərimizin yad edilməsi ilə açıq elan olunduqdan sonra Cümhuriyyət dövrü haqqında tədbir iştirakçılarına məlumat verilib. Şövqiyyə müəllimənin rəhbəri olduğu 6“b” sinif şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.
Sonra millət vəkili Anar İsgəndərov çıxış edərək dəvətə görə öz təşəkkürünü bildirib və tədbir iştirakçıları qarşısında məruzə ilə çıxış edib.
Yekunda çıxış edən məktəbin direktoru İsalı Kamran fəxri qonağın gəlişinin məktəbin müəllim və şagird kollektivinə xoş təsir bağışladığını bildirib. Məktəb adından qonağa xatirə hədiyyəsi təqdim edilib. Millət vəkili diqqətə görə dərin minnətdarlığını bildirib.