"Erkən nigahın fəsadları" adlı dəyirmi masa təşkil olunub
Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.
18 may - 18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” elan edilməklə, dövlət və yerli özünüidarə orqanları, elm, təhsil, tibb və mədəniyyət müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və media təşəbbüsə aktiv şəkildə qoşularaq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil edirlər.
Məktəbimizdə də bununla bağlı silsilə maarifləndirmə tədbirləri keçirilir. 19 may tarixində məktəbin konfrans zalında "Erkən nigahın fəsadları" adlı dəyirmi masa təşkil olunub.