Şagirdlərimiz Uşaq İncənət Festivalına qatılıblar
Birinci Uşaq İncəsənət Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festival Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Burada 6-17 yaş arası uşaq və yeniyetmələr musiqi bacarıqlarını nümayiş etdirirlər.
Məktəbin 7C sinif şagirdi Kasumov Zəfər və 8A sinif şagirdi Bağırzadə Zəhraxanım da öz çıxışını festivalda nümayiş etdirib.
Festivalın ilk rayon (şəhər) mərhələsi aprel-iyun aylarında, ikinci mərhələsi isə iyun-avqust aylarında təşkil ediləcək. İkinci mərhələdə fərqlənən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Festivalın final mərhələsi isə cari ilin sentyabrında Bakıda təşkil olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda aidiyyəti müəssisələrində təhsil alanlar və həvəskar məşğul olanlar olmaqla iki kateqoriya üzrə çıxışlar ediləcək.