Mərkəzi Kitabxanada sərgi
04 may 2015-ci il tarixində saat 15:00–da Nizami rayon Mərkəzi Kitabxanasında Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 92–ci ildönümü ilə əlaqədar kitabxananın fəal oxucusu, 12№-li tam orta məktəbin VIII “c” sinif şagirdi Nəsibə Canəliyevanın əl işlərindən ibarət sərgi nümayiş olundu. Sərgidə rayonun 109, 70, 227 saylı tam orta məktəbin şagirdləri MKS-nin kollektivi, kitabxananın fəal oxucuları iştirak etdilər. Təşkil olunmuş sərginin əsas məqsədi Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünü bir daha gənclərə xatırlatmaq, təbiət gözəlliklərini sərgidə canlandırmaq,oxucuları bu ruhda rəsmlərə həvəsləndirməkdir. Sərgi gün ərzində oxucuların zövqünü oxşamışdır.