Şagirdlər üçün ekskursiyalar təşkil olunur
Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə onlar üçün ekskursiyalar təşkil olunur. Məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Şövqiyyə Əliyeva 8C sinfinin şagirdləri ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir.
Məktəbin 1B sinif rəhbəri Kərimova Məlahət müəllimə şagirdləri ilə birlikdə milli teatrda "Göyçək Fatma" tamaşasını izləyiblər.
Məktəbin 3Ç sinif rəhbəri Əliyeva Zülfiyyə müəllimə şagirdləri ilə birlikdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya ediblər.