Azərbaycanlıların Soyqırımı Günü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilib
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Hər il olduğu kimi bu il də məktəbdə bu münasibətlə silsilə tədbirlər təşkil olunub. Məktəbin foyesində soyqırımı özündə əks etdirən rəsm sərgisi keçirilib. Həmçinin,1 saylı UGİM-in təşkilatçılığı və 4D sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olunub. Məktəb kitabxanasında da soyqırımı ilə əlaqədar müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirilib.