"Qış Nağılı"

Nizami rayonu K.Əyyubov adına 12 saylı orta məktəbdə Saglam Təhsil sinifləri tərəfindən təşkil olunmuş "Qış Nağılı" adlı sərgi keçirilmişdi. Sərginin rəsmi açılışını edən direktor Əli Alıyev Saglam Təhsil siniflərində təhsil alan balacaların böyük istedadının nümayiş olunduğunu vurğulayaraq,Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Sağlam Təhsil layihəsi barədə məlumat verdi.Belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyini söylədi. "1 d" və  "2 b" Sağlam Təhsil sinifləri tərəfindən təşkil olunmuş sərgiyə böyük zəhmət və zaman sərf olunduğunu qeyd etdi. Tədbir təşkilatçılarını,müəllim və şagird kollektivini,valideynləri,qonaqları, Dunya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edən direktor cıxış üçün sözü "1 d" sinifinin rəhbəri Mətanət Alməmmədovaya verdi. Mətanət müəllimə müxtəlif ağac budaqlarından şam və palıd qozalarından, kibrit çöplərindən ustalıqla hazırlanmış maketlərdən danışaraq "1 d" sinif şagirdlərinin böyük bacarıq və məharətinin, fitri istedadlarının sonsuz olduğunu vurğuladı. Sərgi çox maraqla qarşılandı. Şagirdlərin zəhməti diplom və medallarla qiymətləndirildi. "1 d" sinifindən Aygül Səfərəliyeva 1ci yerə, Fatimə Sadıqova 2ci yerə, Məhəmməd Vəlili isə 3 - cü yerə layiq görüldülər. Təqdimatı məktəbin direktor müavini Bağıyeva Qızılgül müəllimə etdi. O, sərgidə iştirak edən bütün şagirdlərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi