Məktəbdə OCEP klubu yaradılıb
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edir. Məlum olduğu kimi 2022-2023-cü tədris ilindən məktəbimiz də seçilmiş məktəblər arasında olmaqla bu layihəyə qoşulub. OCEP çərçivəsində məktəbimiz Norveç məktəbləri ilə qardaşlaşıb və il ərzində iki ölkənin mədəni, iqtisadi, humanitar, idman, təhsil,səhiyyə və s. əlaqələrindən bəhs edən tədbirlərin təşkili nəzərdə tutulur. Bu silsilədən növbəti tədbir 9 mart tarixində məktəbin konfrans zalında baş tutub. Belə ki, layihəyə uyğun olaraq ingilis dilində sərbəst danışıq qabiliyyəti olan şagirdlərdən ibarət OCEP klubu yaradılıb və onlarla ilk görüş təşkil edilib. Görüş zamanı qarşıda layihəyə əsasən görüləcək işlər müəyyənləşib. Görüşlərin layihə müddətində davam etdirilməsi nəzərdə tutulur.