Sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda tədbirlər davam etdirilir

Məktəbdə sağlam həyat tərzi və reproduktiv sağlamlıq, erkən nigah, zərərli vərdişlərlə bağlı silsilə maarifləndirmə tədbirləri davam etdirilir. 2 mart tarixində 8B və 8C siniflərində təşkil olunan tədbirdə məktəbin Uşaq Birliyi Rəhbəri, psixoloq, həkim və biologiya müəllimləri iştirakı ediblər. 10 mart tarixində isə biologiya fənn müəllimi Solmaz müəllimə tərəfindən 8A sinfində təşkil olunan növbəti tədbirdə məktəbin Uşaq Birliyi Rəhbəri, psixoloqu, həkim iştirak ediblər. Şagirdlərə qeyd olunan mövzularla bağlı məlumatlar verilib.