Od çərşənbəsi məktəbdə qeyd olunub

Bu gün Novruz çərşənbələrinin ikincisi- Od çərşənbəsi məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Mehriban Hüseynova tərəfindən rəhbərlik etdiyi 1A sinfində qeyd edilib. Müəllimə şagirdlərə Novruzun tarixindən, yazın gəlişindən, çərşənbələrdən, xüsusilə od çərşənbəsindən geniş məlumatlar verib. Şagirdlər isə yazı, Novruzu və çərşənbəni tərənnüm edən şeirlər, mahnılar səsləndiriblər.