Məktəbdə idman həftəsinə start verilib

Fevralın 27-dən məktəbdə idman həftəsinə start verilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilir.

 

İlk gündə şagirdlər səhər gimnastikası hərəkətlərini icra ediblər, şagirdlərə siniflərdə idman növləri haqqında mövzulara uyğun məlumatlar verilib, həmçinin psixoloqun da iştirakı ilə idmançıların yarışa hazırlığının psixoloji yanaşması tətbiq edilib.

 

İdman həftəsinin 2-ci günündə məktəblilərin iştirakı ilə idman viktorinası təşkil olunub, nailiyyətləri olan idmançılarla görüş keçirilib, "Olimpiya oyunları uşaqların gözü ilə " adlı əl işləri müsabiqəsi təşkil edilib.

 

idman həftəsinin 3-cü günündə də bir sıra tədbirlər keçirilib. Belə ki, siniflərdə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub, istedadlı şagirdlərin idman həftəsinə həsr olunan əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilib, həmçinin, "Ən sürətli şagird " adlı qaçış yarışı təşkil olunub.

 

İdman həftəsinin 4-cü günündə  "Şən startlar" adlı estafet yarışı təşkil olunub, basketbol və qol güləşi yarışları keçirilib.

 

İdman həftəsinin 5-ci günündə esse müsabiqəsi təşkil olunub, şagirdlər idmanla məşğul olmağın faydaları mövzusunda təqdimatlar nümayiş etdirib və yekun olaraq həftə ərzində keçirilən yarışlarda qalib gələn şagirdlər mükafatlandırılıb.

 

Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi