"Heydər Əliyev və təhsil " mövzusunda rəsm müsabiqəsinin məktəb mərhələsi keçirilib

Məktəblinin dostu” layihəsi tərəfindən layihənin keçirildiyi ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və təhsil " mövzusunda rəsm müsabiqəsi keçirilir. Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqə təsviri sənət nominasiyası üzrə 5-11-ci sinif şagirdlərini əhatə etməklə 3 yaş qrupunda keçirilir.

22 Fevral tarixində məktəbin təşkilatçılığı ilə müsabiqənin məktəb mərhələsi keçirilib. Müsabiqədə məktəbin istedadlı şagirdlərindən ibarət V-Xl siniflər üzrə 50-dən çox şagird iştirak edib. Ən yaxşı işlərin məktəb daxilində təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək II mərhələyə təqdim edilməsi təmin ediləcək. Həmin mərhələdə də rəsmlər qiymətləndirilərək qaliblər təyin ediləcək. Qaliblər müxtəlif hədiyyələr, diplom və sertifikat ilə təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi