Xocalı soyqırımı silsilə tədbirlərlə məktəbdə qeyd edilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məktəbdə tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib. Belə ki, məktəbin istedadlı şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Şagirdlər faciə ilə əlaqədar rəsmlər, divar qəzetləri və təqdimatlar hazırlayıblar. Əl işləri məktəbin foyesində nümayiş etdirilib.
Həmçinin təşkilat saatları keçirilib. Təşkilat saatları məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri, 1A sinif rəhbəri Hüseynova Mehribanın , 2D sinif rəhbəri Süleymanova Vüsalənin, 5Ç sinif rəhbəri Gülməmmədova Rəhilənin, 5A sinif rəhbəri Seyidova Sevdanın, 3A sinif rəhbəri Mehriban Ağayevanın, 2D sinif rəhbəri Süleymanova Vüsalənin , 2E sinif rəhbəri Məmmədova Nuridənin və 3Ç sinif rəhbəri Ağayeva Zülfiyyənin rəhbərliyi altında qeyd olunan siniflərdə daha geniş təşkil olunub. Sinif rəhbərləri faciə haqqında şagirdlərə geniş məlumatlar veriblər, şagirdlər isə müxtəlif şeirlər səsləndiriblər, kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilər soyqırımı özündə əks etdirən rəsmlər çəkib nümayiş etdiriblər.
Əlavə olaraq məktəbdə 24 Fevral tarixində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə xüsusi dərslər də keçirilib. Xüsusilə Mehriban Hüseynova (ibtidai), Zeynalova Nailə(Azərbaycan dili və ədəbiyyatı), Zenfira Məmmədova (Azərbaycan dili və ədəbiyyatı), Anar Miriyev (Həyat bilgisi), Əhmədova Gülşən (rus dili)fərqləniblər.