Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə məktəbimizlə 1 saylı UGİM -in birgə tədbiri keçirilib. Soyqırım qurbanlarının yad edildiyi tədbirdə məktəbin 4D sinif şagirdləri iştirak ediblər. Səhnəciklər nümayiş etdirilib, şeirlər səsləndirilib. Şagirdlərə soyqırımı haqqında geniş məlumatlar təqdim edilib. Qeyd edək ki, Xocalı soyqırımının ildönümü ilə bağlı məktəbdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.