Beynəlxalq Ana Dili Günü məktəbdə qeyd olunub

21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin kitabxanasında tədbir keçirilib. Məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babayeva tərəfindən təşkil olunan tədbirdə məktəb rəhbərliyindən Anar Miriyev, Ətlas Rəhimova, kitabxana müdiri Natəvan İsgəndərova, Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Cəmilə Salamova və şagirdlər iştirak ediblər. Tədbirdə videoçarx nümayiş etdirilib, şagirdlər Ana dilimizə həsr olunmuş şeir və mahnılar ifa ediblər.