Şagirdlər Polis Akademiyası ilə bağlı maarifləndiriliblər

Yuxarı sinif şagirdlərinə Polis Akademiyası ilə bağlı məlumatlar təqdim edilib. Akademiyada oxumaq arzusunda olan şagirdlərə istiqamət göstərilib, məsləhətlər verilib. Bukletlər paylanılıb. Həmçinin məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində də şagirdlərlə profilaktiki söhbət aparılıb.