l yarımilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib

31 Yanvar tarixində məktəbin akt zalında 2022-2023-cü tədris ilinin l yarımilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Kamran İsalı, direktor müavinləri, ubtr, psixoloqlar, kitabxanaçı və müəllimlər iştirak ediblər. İclasın keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şuranın toplantısında məktəb direktorunun məruzəsi, müavinlərin məruzələri və hesabatları dinlənilib. İclasda 2022-2023-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, keçirilmiş monitorinqlərin nəticələri, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi