Şagirdlərimiz Beynəlxalq Karate Turnirində qələbə qazanıblar
20-22 Yanvar tarixlərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 7-ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib. Azərbaycan Milli Karate Federasiysı və “Arpaçay” karate klubunun birgə təşkil etdiyi yarışa 6 ölkəni təmsil edən 600-dən artıq idmançı qatılıb.
Bakı İdman Sarayında kata və kumite turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər eləcə də böyüklər və veteranlar mübarizə aparıblar. Karateçilər fərdi və komanda çıxışlarında iştirak ediblər. Yarışda məktəbin 7A sinif şagirdi Tarverdi Əfqan və bacısı 6D sinif şagirdi Tarverdi Aysu da iştirak edərək hər ikisi müxtəlif kateqoriyalar üzrə 1-ci yerə layiq görülüb, kubok, medal və diplomla təltif olunublar. Şagirdlərimizi təbrik edirik!