Şəhid Tural Məmişovun ailə üzvləri ilə görüş keçirildi

Vətən Müharibəsi Şəhidi Tural Məmişovun ailə üzvləri ilə görüş keçirilib. Məktəbin fizika fənn müəllimi Əhmədova Dürdanənin rəhbəri olduğu və Tural Məmişovun adını daşıyan 7D sinfində təşkil olunan tədbirdə Şəhidimizin həyat yoldaşı və Vətənə əmanət olan övladı Ömər ilə yanaşı məktəbin rəhbər heyətindən Anar Miriyev, Ətlas Rəhimova, sinif rəhbəri, valideynlər və şagirdlər iştirak ediblər. Şəhid Turalın döyüş yolundan, həyatından bəhs olunan tədbirdə Şəhidimizin övladı da şeir səsləndirib. Tədbir zamanı Qarabağ Şəhidləri ilə yanaşı 20 Yanvar Şəhidləri də yad edilib. Azərbaycan Ordusunun əsgəri olan Tural Məmişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Məmişov noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Tural Məmişov ölümündən sonra müxtəlif medallarla təltif edilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi