“Lütfi-Zadə adına məktəblilərarası birinci Məntiq Olimpiadası”nın qaliblərinin mükafatlandırilması

2016-cı ilin yanvar ayında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunan birinci məntiq olimpiadasının keçirilməsi haqqında qərar qəbul edilmişdir.Olimpiadanın birinici mərhələsi 2016-cı ilin aprel ayında keçirilmişdir.Birinci mərhələdə paytaxtın 292 məktəbindən 23834 nəfər şagird iştirak etmişdir.12 nömrəli məktəb də 292 məktəbdən biri idi.Məktəbimizi təmsil edən Ağayev Sakit, Əzizov Nihad, Məhərrəmli Emil, İbrahimli Cavad, Qavami Emin və Abbaszadə Nərmin öz riyazi qabiliyyəti və məntiqi ilə digər uşaqlardan seçilənlər oldu. Abbaszadə Nərmin birinici mərhələnin suallarının böyük bir hissəsinə cavab verərək ikinci mərhələdə, yəni final mərhələsində iştirak etmək üçün seçilmişdir.Olimpiadanın final mərhələsi 2016-cı ilin may ayında keçirilmişdir.Final mərhələsində 23834 şagirddən 2375-i iştirak etmək üçün vəsiqə qazanmışdır. Abbaszadə Nərmin final mərhələsində də birinci mərhələdə olduğu kimi məktəbimizi layiqincə təmsil etmiş və adını qaliblər siyahısına yazdırmışdır. 2016-cı il dekabrın 6-da Nizami Kino Mərkəzində Bakı şəhəri üzrə Təhsil idarəsi və “İstək” liseyi tərəfindən “Lütfi-Zadə adına məktəblilərarası birinci Məntiq Olimpiadası”nın qaliblərinin mükafatlandırilması mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, bir sıra ali məktəblərin rektorları, Milli Məclisin üzvləri, çox görkəmli el xadımləri, qalib şagirdlərin təhsil aldıqları məktəbin rəhbərləri və hər bir qalib şagirdin valideyni istirak etmişdir. Abbaszadə Nərmin bürüunc medal, diplom və bir neçə hədiyyə ilə mükafatlandırılmışdır. Biz də məktəbimiz adından Abbaszadə Nərminə gələcək təhsilində böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi