20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Qanlı 20 Yanvar faciəsinin otuz üçüncü il dönümü ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlər təşkil olunur. Məktəbdə xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, təşkilat saatları, müxtəlif kompozisiyalar təşkil olunub, rəsm sərgisi, bədii gecə keçirilib, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub. Keçirilən tədbirlər zamanı məktəbin adını daşıdığı Şəhid Kamil Əyyubov da yad edilib, büstü önünə tər qərənfillər düzülüb.

 

Məktəbin ibtidai sinif müəllimi Sadıqova Gülərin rəhbəri olduğu 4D sinfinin iştirakı ilə keçirilib. Faciə haqqında tədbir iştirakçılarına məlumat verilib, şagirdlər müxtəlif kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.

 

Məktəb kitabxanasında kitabxana müdiri Natəvan İsgəndərova, Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimova və Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Gülməmmədova Rəhilənin rəhbəri olduğu 5Ç sinfinin şagirdlərinin iştirakı ilə 20 Yanvar Şəhidləri yad edilib. Şagirdlərə faciə haqqında məlumatlar verilib, şagirdlər isə öz çıxışları ilə Qanlı 20 Yanvar gecəsinin Şəhidlərini yad ediblər.

 

Siniflərdə təşkilat saatları keçirilib. Müəllimlər şagirdlərə həmin o qanlı gecə haqqında məlumatlar veriblər. Şagirdlər 20 Yanvara, Vətənə, Şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Həmçinin videoçarxlar da nümayiş etdirilib.

 

20 Yanvar faciəsinin otuz üçüncü il dönümü ilə əlaqədar məktəbdə sərgi təşkil olunub. İstedadlı şagirdlərin əl işlərindən ibarət olan sərgidə onların rəsm əsərləri və divar qəzetləri nümayiş etdirilib.

 

Təşkil olunan silsilə tədbirlərə uyğun olaraq siniflərdə xüsusi dərslər də təşkil olunub. Xüsusilə məktəbin ibtidai sinif müəllimləri Hüseynova Mehriban, Ağayeva Mehriban, Qarayeva Esmiralda, Kərimova Rəhimə, Süleymanova Vüsalə, Məmmədova Günel,Məmmədova Nuridə, Rəhimova Güşvər, tarix fənn müəllimləri Əliyeva Şövqiyyə, Rəhimova Aynur, Azərbaycan dili fənn müəllimləri Məmmədova Zenfira, Gülməmmədova Rəhilə, ingilis dili fənn müəllimi Cərullayeva Qətibə, rus dili fənn müəllimi Seyidova Sevda fərqləniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi