"Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə" mövzusunda dəyirmi masa təşkil olunub

22 dekabr tarixində məktəbin konfrans zalında "məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə" mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində görülmüş işlərin vəziyyətinin öyrənilməsi məqsədilə keçirilib. 

Şagirdlər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsinə dair tədbirlər planına uyğun olaraq təşkil olunan tədbirdə bildirildi ki, təhsildən yayınan, çətin tərbiyə olunan, uğursuz ailələrdən olan, habelə hüquq pozuntuları və cinayətkarlıq halları törətmiş məktəblilərin uçotunun aparılması və onlarla tərbiyəvi xarakterli tədbirlərin həyata keçirilməsi, məktəblilərin və onların valideynlərinin iştirakı ilə uşaq və yeniyetmələrlə tərbiyə işinin təşkili istiqamətində hüquq – mühafizə orqanları, İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birgə tədbirlərin: söhbətlərin, görüşlərin, seminarların, "dəyirmi masa”ların, konfransların keçirilməsi təmin olunur.

Həmçinin qeyd olunub ki, məktəblilərin İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin və Uşaq Hüquqları Konvensiyasının maddələri ilə məlumatlandırılması istiqamətində də müntəzəm iş aparılır.

Xüsusi vurğulanıb ki, məktəblilər arasında yüksək əxlaqi keyfiyyətlərin aşılanması, milli – mənəvi dəyərlər, vətənə, dövlət rəmzlərinə hörmət hisslərinin tərbiyə olunması bu gün başlıca vəzifə hesab olunur.

Sonda yuxarı sinif şagirdləri tərəfindən maarifləndirici səhnəcik nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi