“Reproduktiv sağlamlıq : mövcud problemlər və onların həlli” adlı tədbir keçirilib

23 dekabr tarixində məktəbin konfrans zalında məktəbin 6 - cı siniflərində təhsil alan qız şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir kəçirilib. Tədbirdə məktəbin psixoloqları Çinarə Həsənova, Nigar Babayeva, Uşaq Birliyi Təşkilatı Rəhəri Ətlas Rəhimova və şagirdlər iştirak ediblər. Şagirdlərə mövzu ilə əlaqədar məlumatlar verilib. Çıxış edənlər təqdimatlarla çıxış edərək, tədbir iştirakçılarına erkən nikahlarının qızların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirdən bəhs edib və ailə planlaşdırılması üsulları barədə ətraflı danışıblar. Həmçinin, cəmiyyətimizi narahat edən aktual problemlərdən (məişət zorakılığı,  erkən nikah  halları, insan alveri və s.) onların yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində tərəfindən görülən işlər barədə  tədbir iştirakçılarına məlumat verilib.Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və məktəbliləri maraqlandıran suallara cavab verilib.

 

Qeyd edək ki, məktəbdə reproduktiv sağlamlıq, sağlam həyat tərzinin təbliği və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi