Şagirdlərimizin İçərişəhərə ekskursiyası təşkil olunub

Elm və Təhsil Nazirliyinin və İçərişəhər Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə məktəblilərin İçərişəhərə ekskursiyaları təşkil olunur. 16 dekabr 2022 - ci il tarixində məktəbimizin VIII sinif şagirdlərinin İçərişəhərə ekskursiyası təşkil olunub. Şagirdlərimiz ekskursiya zamanı Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrində olublar. Ekskursiya Qız Qalasından başlayıb. Burada məktəblilərə Qız Qalasının tarixi, abidənin memarlıq xüsusiyyətləri, onun qorunması üçün görülən işlər, müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə aparılmış bərpa işləri barədə məlumat verilib. Daha sonra şagirdlərə Şirvanşahlar Sarayı haqqında məlumat verilib. Bildirilib ki, оrtа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı - "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" bu günə qədər öz tarixi memarlıq üslubunu sахlаmаqdаdır. Ekskursiya Qoşa Qala qapısının yaxınlığında yerləşən qala divarının önündə davam edib. Ekskursiya iştirakçıları burada yaşamış əhalinin bir zamanlar məşğul olduqları daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri ilə də yaxından tanış olmaq imkanı əldə ediblər. Ekskursiya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazinin gəzintisi ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi