"Ən yaxşı məktəb saytı " müsabiqəsinin qalibi olduq!

16 Dekabr tarixində paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə məktəbimiz də münsiflər heyəti tərəfindən qalib seçilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.

Sonra müsabiqədə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Məktəbdən mükafatı məktəbin direktoru Kamran İsalı və məktəb saytını idarə edən təşkilatçı müavin Anar Miriyev qəbul ediblər.

Onu da qeyd edək ki, məktəbimiz 2019 - cu ildə də "Ən yaxşı məktəb saytı" müsabiqəsinin qalibi olub.

Uğurlarımız davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi