Müəllimlərlə müzakirə təşkil olunub

lX siniflərdə buraxılış fənnləri üzrə tədrisi həyata keçirən müəllimlərlə "Dəyirmi masa" təşkil olunub.
Görüşdə məktəbin direktoru Kamran İsalı, təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva və müəllimlər iştirak ediblər.
"Dəyirmi masa"da cari tədris ilində lX siniflərdə keçirilmiş monitorinqin nəticələri təhlil olunub. Həmçinin qarşıdakı buraxılış imtahanına hazırlıq, lX siniflərdə tədrisin vəziyyəti və digər vacib məsələlər müzakirə edilib.