Ulu Öndərin xatirəsi anılıb

    Ümummilli Liderin anım gününə həsr olunan silsilə tədbirlər təşkil olunub

 Məktəbin müəllimləri Şövqiyyə, Əliyeva, Ofelya,Mirzəmmədova, Cəmilə Salamova və Zenfira Məmmədovanın təşkilatçılığı ilə Ümummilli Liderin anım günü münasibətilə geniş tədbir, ayrı-ayrı siniflərdə isə təşkilat saatları keçirilib.

   Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyətindən, müasir müstəqil Azərbaycanın quruculuq yolunda göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilib. Azərbaycanın dövlətçilik tarixində silinməz izlər qoyan əbədiyaşar liderin zəngin ideyalarının qorunub saxlanılması və gənc nəsillərə ötürülməsinin əsas və şərəfli vəzifələrdən olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Məruzəçilər görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illəri Azərbaycan tarixində qızıl dövr kimi xarakterizə ediblər. O da vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyi, dünyada öz layiqli yerini tutması, tarixi Zəfər qazanması, ərazi bütövlüyünü təmin etməsi və hazırda yeni geosiyasi reallıqlar yaradan qüdrətli dövlətə çevrilməsi Ulu Öndərin müəllifi olduğu milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyasının təntənəsidir. 

    Daha sonra şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

    Qeyd edək ki, müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi