"Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans

    Kiçik Akademiyanın  fəaliyyət planına uyğun olaraq məktəbin riyaziyyat fənn müəllimlərinin elm rəhbərliyi ilə "Riyazi təfəkkürün inkişafı" adlı elmi konfrans keçirilib.

    Tədbirdə məktəbin direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, elmi rəhbər qismində riyaziyyat fənn müəllimləri və şagirdlər iştirak ediblər.

    Şagirdlər öz riyazi təqdimatlarını geniş izahlar şəklində tədbir iştirakçılarına təqdim ediblər. Yekunda fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub.

 Konfransın keçirilməsində məqsəd riyaziyyatın incəlikləri, tarixi və tətbiq sahələrini öyrənmək, elmi tədqiqat fəaliyyətinə meylli olan istedadlı şagirdləri vaxtında aşkar etmək, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi