“Xəmsə möcüzəsi” I respublika incəsənət müsabiqə-festivalının məktəb mərhələsi keçirilib

    Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 2022-ci il ilin noyabr ayından 2023- cü ilin aprel ayınadək “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalı keçiriləcək. 

   Müsabiqə-festival respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) 11-17 yaş arası istedadlı şagirdləri (11-14 yaş və 15-17 yaş) arasında iki yaş qrupunda keçirilir. 

  Müsabiqə-festival çərçivəsidə “Xəmsə” musiqidə, bədii qiraətdə, dramda, təsviri sənət və dekorativ tətbiqi sənətdə və “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” mövzusunda inşa müsabiqələri keçiriləcək.

Bu məqsədlə məktəbdə müsabiqə-festivalın məktəbdaxili mərhələsi keçirilib. Məktəb mərhələsində yaş qrupları və yuxarıda qeyd olunan nominasiyalar üzrə şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn şagirdlərin nominasiyalara uyğun olaraq işləri qiymətləndirildikdən sonra rayon mərhələsi üçün təyin olunmuş elektron ünvana göndərilib.

Şagirdlərin çıxışları məktəbin rəsmi feysbuk səhifəsində yerləşdirilib.

    Qeyd edək ki, müsabiqə-festivalın məqsədi uşaq və gəncləri böyük mütəfəkkir Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, Nizaminin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi əsərləri yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi