Şagirdimiz Caspian Open Beynəlxalq karate turnirinin qalibi olub

Azərbaycan Karate Təşkilatının (AKT) "Caspian Open" beynəlxalq karate turniri keçirilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında keçirilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib.
Mərasim Dövlət Himni səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Turnirin təşkilatçılarından olan Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənətlərindən olan karate idman növünün ölkədə inkişafından danışaraq perspektivli idmançılara uğurlar arzulayıblar.
Turnirdə məktəbin 6D sinif şagirdi Aysu Tarverdi bütün rəqiblərini məğlub edərək I yere layiq görülüb.
Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.