Şagirdlərə süfrə mədəniyyəti aşılanıb

Məktəbin ibtidai sinif müəllimi Ulduz Əliyeva rəhbərlik etdiyi 2B sinfində "Süfrə mədəniyyəti " adlı təşkilat saatı keçirib.
Tədbirdə təşkilatçı Anar Miriyev və Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimova da iştirak ediblər. Sinif rəhbəri əvvəlcə təşkilat saatının mövzusu olan "Süfrə mədəniyyəti " barədə məlumat verib. Sonra şagirdlərin çıxışları dinlənilib.Onlar süfrə ləvazimatlarının düzülüşü, etiket qaydaları, yeməklərin hazırlanıb süfrəyə təqdim edilməsi, süfrə arxasında davranış qaydaları və s. haqqında nəzəri bilikləri çatdırıblar.
Daha sonra bütün bunları əyani şəkildə nümayiş etdiriblər.
Sonda şagirdlər mövzuya uyğun mahnı ifa ediblər.