Təhsildən yayınma hallarına qarşı mübarizə daim diqqət mərkəzindədir

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi məktəb rəhbərliyinin daim diqqət mərkəzindədir. Əvvəlki tədris ilində olduğu kimi 2022-2023-cü tədris ilində də təhsildən yayınan şagirdlər barəsində maarifləndirmə, profilaktik və inzibati tədbirlər görülür. Məktəbin I-XI sinifləri üzrə 15 sentyabr-15 oktabr tarixləri arasında dərsə davamiyyəti zəif olan 70 şagirdin valideyninə xəbərdarlıq məktubları göndərilib, valideynlər tərəfindən məktəbə təqdim edilən arayış və izahatlar qeydiyyata alınıb. Qeyd edilən şagirdlərdən 4 şagird yaşadıqları ünvanı dəyişdirdikləri üçün elektron yerdəyişmə sistemində sorğularının təsdiqini gözlədiklərindən bir müddət dərslərdə iştirak edə bilməmiş, lakin sonradan sorğuları təsdiq olunduğundan valideynləri onların məktəbini digər məktəblərə yerdəyişmə etdiriblər. Bir çox şagirdin davamiyyəti bərpa edilib, irəliləyiş müşahidə olunmayan şagirdlər barəsində isə müvafiq qurumlara müraciət hazırlanıb. Şagird və valideynlərlə müvafiq izahedici söhbətlər aparılıb. Xüsusən yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib, sinif rəhbərlərinə dərsə davamiyyətlə bağlı valideyn iclaslarının təşkil olunması tapşırılıb.

 

Qeyd edək ki, ötən tədris ilində təhsildən yayınan 2 şagirdlə bağlı görülmüş kompleks tədbirlərdən sonra onların dərsə davamiyyəti bərpa edilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi