Şagirdimiz hekayə müsabiqəsinin qalibi olub

Məktəbin 11C sinif şagirdi Qəniyeva Gülcan Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən 8-11-ci sinif şagirdləri arasında keçirilən “Xəyallarımı hekayəmdə anlatdım hekayə yazma müsabiqəsi”nin qalibi olub. 26 Noyabr 2022-ci il, saat 10:00-da Kayzen Təhsil Mərkəzində qaliblərin mükafatlandırma tədbiri keçirilib. Şagirdimizi təbrik edirik! 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18.10.2022-ci il tarixli 05-14-1828/10 nömrəli məktubuna əsasən, “Xəyallarımı  hekayəmdə anlatdım hekayə  yazma müsabiqəsi” layihəsi  dərsdənkənar  vaxtda  və  şagirdlərin könüllülüyü prinsipi əsasında keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi