Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiyalar təşkil olunur

Məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onların müxtəlif məkanlara ekskursiyaları təşkil olunur. Belə ki, məktəbin musiqi fənn müəllimi Könül Zeynalova rəhbərlik etdiyi 6A sinfinin şagirdləri ilə birlikdə Gəmi Muzeyinə ekskursiya ediblər. 

Həmçinin, məktəbin təsviri incəsənət fənn müəllimi Xuraman Əzizova rəhbərlik etdiyi 9A sinfinin şagirdləri Qobustan Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiya ediblər. Məktəbin coğrafiya fənn müəllimi Xədicə Əkbərova rəhbərlik etdiyi 7E sinfinin şagirdləri ilə Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tamaşasını izləyiblər. Məktəbin ibtidai sinif müəllimləri  Mehriban Hüseynova, Kərimova Rəhimova və Günel Məmmədova isə rəhbərlik etdikləri 1A, 2C və 4 B sinfinin şagirdləri ilə Bakı Zooloji Parkına ekskursiya ediblər, həmçinin Həyat bilgisi fənnindən təyin olunan mövzu üzrə dərs keçiblər. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi