Məktəb psixoloqları təlimlər keçiblər

Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi məqsədilə məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babyeva tərəfindən mütəmadi olaraq təlimlər, sorğular , söhbət və müzakirələr təşkil olunur.

Psixoloqlar 2-ci siniflərdə diqqətin korreksiyası məqsədilə məşğələlər keçiblər.

Şagirdlərə iş vərəqələri paylanıb, təlimat izah olunub. Şagirdlər təlimata uyğun olaraq şəkildə gizli əşyaları taparaq dairəyə alıb və istəyə uyğun rəngləyiblər.

Məktəbin psixoloqu N.Babayeva 6-cı sinif şagirdləri arasında yeniyetməliyə ilk addımlar atarkən həm öz daxili dünyalarını, həm də sinif yoldaşlarını tanımaq və kollektiv münasibətlərin yaxşılaşdırılması üçün sorğu keçirib, daha sonra şagirdlərlə psixoloji söhbət aparıb.

Məktəbin psixoloqu Ç.Həsənova 6Ç sinfində "Hisslərin sehrli aləmi" metodikasına dair təlim keçirib. Əvvəlcə şagirdlərə fərdi iş kartları paylanıb və hissə- issə təlimatlar verilib.

Şagirdlər təlimatı maraqla yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi