17 noyabr - Milli Dirçəliş Günü qeyd edilib
Məktəbdə 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.
Məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, müəllimlər - Kifayət Allahverdiyeva, Şövqiyyə Əliyeva, Rəhilə Gülməmmədova, Könül Zeynalova tərəfindən seminar və mühazirələr təşkil edilib.
Həmçinin şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Hazırda ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.
Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub, Ulu öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib.
Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.