“Uşaq hüquqları” mövzusunda tədbir
Məktəbdə 5-6-cı sinif şagirdləri ilə “Uşaq hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin direktor müavini Anar Miriyev, psixoloqu Nigar Babayeva, uşaq birliyi təşkilatı rəhbəri Ətlas Rəhimova, müəllimlər və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu ilə əlaqədar keçirilən tədbir zamanı şagirdlərə Qanunun tələblərindən irəli gələn vəzifələr, uşaqların əsas hüquq və öhdəlikləri barədə məlumat verilib, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərunə düşən vəzifələr onlara izah edilib. Bildirilib ki, Qanunda nəzərdə tutulmuş qaydada hər bir uşağın təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri var.
Tədbirdə, həmçinin “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən də söhbət açılıb, şaqların suallarına cavab verilib.