“Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir
Məktəbdə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir - "Dəyirmi masa" keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, müəllimlər və 5-6-cı sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, son zamanlar dünyanın bütün ölkələrindəki təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır: Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Əksər uşaqlar gec-tez bullinqlə rastlaşırlar:ya qurban,ya incidilən, ya da şahid kimi. Bu, həm onlayn, həm də reallıqda baş verir. Bütün bunlar isə uşağın şəxsiyyətinə mənfi təsir göstərir.
Çıxışlarda vurğulanıb ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə biləcəyini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər.
Vurğulanıb ki, bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələlərdən biridir.
Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.