Məktəbdə Zəfər şənlikləri təşkil olunub

8 Noyabr- Zəfər Gününə həsr olunmuş Zəfər şənlikləri keçirilib.
Məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babayevanın 6E və 7Ç sinif şagirdləri ilə birlikdə hazırladıqları şənlikləri müəllimlər, şagirdlər, valideynlər böyük maraqla izləyiblər. Bir-birindən əyləncəli, maraqlı çıxışlar, səhnəciklər, mahnılar, rəqslər və şeirlər nümayiş etdirilib,
Mərasimdə çıxış edənlər Zəfər Gününün müasir tariximizdəki yerindən danışıb, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər.
Məktəbin direktor müavini Anar Miriyev çıxış edərək bildirib ki, sentyabrın 27- dən başlayaraq 44 gün davam edən və işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.O, Vətən Müharibəsində Zəfər salnaməsi yazan bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.