Zəfər Gününə həsr olunan tədbirlər təşkil olunub

Noyabrın 8-i Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Zəfər Günü münasibətilə məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri, 1A sinfinin rəhbəri Mehriban Hüseynova , 3A sinfinin rəhbəri Mehriban Ağayeva, 3Ç sinfinin rəhbəri Zülfiyyə Əliyeva və 5A sinfinin rəhbəri Sevda Seyidovanın təşkilatçılığı ilə tədbirlər təşkil olunub.

 

Tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlər əllərində üçrəngli bayrağımız və şəhidlərimizin şəkilləri ilə milli marşımızı səsləndiriblər.

Şagirdlər müxtəlif şeir, mahnı və rəqsləri böyük həvəslə nümayiş etdiriblər.

Tədbirdə çıxış edənlər müasir gəncliyin yüksək səviyyədə yetişdirilməsi və şagirdlərdə vətənpərvərlik ruhu sabaha olan inamımızı daha da artırır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz bu Qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq, 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi