Zəfər Günü münasibətilə təşkilat saatları keçirilir

44 günlük Vətən Müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, doğma torpaqlarını düşmən tapdağından azad edərək Zəfər Gününü təsis etdi. Ölkəmiz bu Zəfərin təntənəsini yaşayır və təhsil ocaqlarında qeyd olunan bayram tədbirləri şagirdlərdə vətənpərvərlik hisslərinin aşılnması baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Bu məqsədlə məktəbin 1B, 1Ç, 1D, 2C, 3C, 3D, 4A, 4B, 4Ç, 5Ç, 5D, 6D sinifləri tərəfindən təşkilat saatları keçirilib.

Tədbirlərdə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi yad edilib, şagirdlərə Vətən Müharibəsi haqqında geniş məlumat verilib, slaydlar nümayiş etdirilib.

Şagirdlər Zəfər təntənəsi ilə bağlı şeirlər səsləndirib, qəhrəmanlıq nəğmələri və rəqslər ifa ediblər.

Tədbirlərdə, həmçinin şagirdlərin Azərbaycan Ordusunun Zəfər yürüşünə, Qarabağa, Şuşaya həsr olunmuş əl işləri də nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi